Avtomobilin rəngini dəyişdirmək üçün qaydalar - VİDEO

Qaydalar 22 Fevral 2016 00:05 Oxunub 4011
Avtomobilin rəngini dəyişdirmək üçün qaydalar - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol polisi belə halların qarşısını almaq üçün sərt cəza tədbirləri həyata keçirəcək

Bəzən yol qəzası, bəzən də yüngül zərbə zamanı ziyan görən avtomobil dərhal rəngsaza aparılır. Bu zaman bəzi sürücülər müəyyən qaydalara əməl etmirlər. Yol polisi belə halların qarşısını almaq üçün sərt cəza tədbirləri həyata keçirəcək. Bəs, avtomobilin rəngini dəyişdirmək üçün hansı qaydalara əməl edilməlidir? Ekspertlər deyir ki, rəngsazlar avtomobili qəbul edərkən ilk növbədə arayışın verilməsi üçün müəyyən qeydlər aparmalıdırlar.

Rəngini dəyişdirdikdən sonra sürücü avtomobilin təkrar dövlət qeydiyyatına alınması üçün Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etməlidir.

Nəqliyyat vasitəsini texniki baxışdan keçirmək üçün 20 manat, qeydiyyat şəhadətnaməsinin dəyişdirilməsi üçün isə 17 manat dövlət rüsumu ödəməlidir. Bu qaydalara əməl etməyən sürücülər yol polisi tərəfindən saxlandıqda, konsrtuksiyaya öz başına müdaxilə etdiyinə görə, 150 manat cərimə oluna bilərlər. Qayda pozan rəgnsazlarI da cəza gözləyir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh