«Priora» ötmə əməliyyatını düz etmədi; 2 nəfər xəstəxanalıq oldu

Gündəm 13 İyul 2014 01:12 Oxunub 1539
«Priora» ötmə əməliyyatını düz etmədi; 2 nəfər xəstəxanalıq oldu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şirvanda 24 yaşlı sürücü qəza törədib

Şirvanda baş verən yol qəzası nəticəsində iki nəfər xəsarət alıb.  Şirvan şəhər Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə Şirvan şəhərinin Heydər Əliyev prospektində baş verib. Şirvan sakini,  24 yaşlı Mənsimov Əlikram Əlisahib oğlu idarə etdiyi “Lada-Priora” markalı avtomobillə ötmə əməliyyatı zamanı qarşıdan gələn Şirvan sakini 38 yaşlı Qocayev Elnur Qurban oğlunun idarə etdiyi «VAZ 2106» markalı avtomobilin yoluna çıxaraq qəza törədib. Qəza nəticəsində hər iki avtomobilin sürücüsü ağır bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh