Yollarda kabus dolaşır: 9 ölü, 56 yaralı

Gündəm 13 İyul 2014 15:35 Oxunub 1473
Yollarda kabus dolaşır: 9 ölü, 56 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Son iki sutkada ölkə yollarında 36 avtomobil qəzası baş verib

Cümə və şənbə günü Azərbaycan yollarında baş vermiş qəzalarda 9 nəfər həlak olub. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, iyulun 11-də respublika yollarında baş vermiş 15 yol qəzası nəticəsində 3 nəfər ölüb, 19 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. İyulun 12-də isə yollarda daha 21 avtomobil qəzası baş verib. Nəticədə 6 nəfər həlak olub, daha 37 nəfər isə yaralanıb. Dünən təkcə Suraxanı rayonu ərazisində, Hövsan qəsəbəsində "VAZ" markalı minik avtomobilinin "İsuzu" markalı yük maşınına çırpılması 3 nəfərin ölümünə səbəb olub. Daha 2 nəfər isə ağır yaralanıb. Ən dəhşətlisi isə odur ki, qəzada ölənlərin ikisi yeniyetmə bacı-qardaşdır. İyulun 12-də ölümlə nəticələnən digər qəzalar isə Sabunçu, Şabran və Quba rayonlarında qeydə alınıb. Hər bir faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh