Aparıcı çirkli avtomobilini Zamiqə yudurdub – VİDEO

Maraqlı 23 Fevral 2016 14:14 Oxunub 4640
Aparıcı çirkli avtomobilini Zamiqə yudurdub – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«Özümə, köhnə illərə baxanda utanıram, sıxılıram»

Müğənni Zamiq Hüseynovun 2008-ci ildəki maraqlı görüntüləri üzə çıxıb. 

Avtosfer.az big.az-a istinadən xəbər verir ki, Lider TV-də yayımlanan "Tezdən oyan" verilişinin aparıcısı Firuzə Cəlilova (Fira) bu görüntüləri üzə çıxarıb.

Süjetdən göründüyü kimi Zamiq ona tapşırılan işi - maşın yumaq işini layiqincə yerinə yetirir. Zamiq maşını elə ürəklə yuyur ki, avtoyuma mərkəzində işləyənlər bu videoya baxsalar, Zamiqdən çox şey öyrənə bilərlər. 

Zamiq deyir ki, kim istəsə, sifarişlə maşınını yuya bilərəm.

Verilişin qonağı olan Zamiq bu görüntüləri görəndə özü də təəccüblənib. Zamiq bildirib ki, o Zamiq indi yoxdur: "Özümə, köhnə illərə baxanda utanıram, sıxılıram. Qaldı ki, maşın yumağa yenə də maşın yuya bilərəm".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh