Sabah hava necə olacaq?

Gündəm 13 İyul 2014 15:42 Oxunub 1361
Sabah hava necə olacaq?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Həftənin ilk iş günü Azərbaycanda hava nisbətən sərinləyəcək, temperatur enəcək

Həftənin ilk iş günü Azərbaycanda hava nisbətən sərinləyəcək, temperatur enəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Avtosfer.az-a verilən məlumata görə, uyulun 14-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Gün ərzində havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperatur gecə 20-24°, gündüz 27-32° isti, Bakıda gecə 21-23° isti, gündüz 28-30° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 45-55 faiz təşkil edəcək. Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zuğulba, Mərdəkan, Şüvəlan, Buzovnada 25-26°, Türkan, Hövsan, Şıx və Sahildə 26-27° isti olacaq. Azərbaycan rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Temperatur gecə 10-15°, gündüz 19-24° isti olacaqdır, dağlarda gecə 12-17°, gündüz 22-27° isti olacaq.

 

Seymur

ŞƏRH YAZ
Ad

E-mail

Şərh