Gənclər ağır qəzaya düşdü: ölən var

Gündəm 14 İyul 2014 00:36 Oxunub 1524
Gənclər ağır qəzaya düşdü: ölən var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisəyə “VAZ 21014”-ün sürət həddini aşması səbəb olub

Lənkəranda yol qəzası baş verib. APA-nın məlumatına görə, hadisə iyulun 13-də saat 22 radələrində Lənkəran-Boradigah şose yolunun rayonun Veravul kəndindən keçən hissəsində qeydə alınıb. Lənkəran rayonunun Girdəni kənd sakini, 1994 təvəllüdlü Elmar Ağagül oğlu Şabanovun idarə etdiyi 90 NV 254 dövlət nömrə nişanlı, “VAZ-21014” markalı minik avtomobili qarşısında hərəkətdə olan, Veravul kənd sakini, 1983-cü il təvəllüdlü Dadaş Mehrab oğlu Hüseynovun idarə etdiyi “Belarus” markalı ot presləyən traktora çırpılıb. Nəticədə avtomobil deformasiyaya uğrayıb, sürücü hadisə yerinə ölüb, sərnişini - Girdəni kənd sakini, 1994-cü il təvəllüdlü Cavad Muğdat oğlu Əsgərzadə isə ağır bədən xəsarətləri alıb. Hadisə yerinə FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri çağırılıb, onların köməyi ilə sürücünün cəsədi və sərnişini çıxarılaraq aidiyyəti üzrə təhvil veriliblər. Lənkəran Mərkəzi Rayon Xəstəxanasından bildirilib ki, xəsarət alan şəxsin üzərində cərrahiyyə əməliyyatı aparılıb, vəziyyəti ağırdır.

İlkin ehtimala görə, hadisəyə “VAZ 21014”-ün sürət həddini aşması səbəb olub.

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh