Quba sakini robot düzəldib - VİDEO

Maraqlı 26 Fevral 2016 09:45 Oxunub 2843
Quba sakini robot düzəldib - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Robotlardan biri heyvan kimi gəzir, digəri isə istənilən ərazidə hərəkət edir

Quba sakininin ərsəyə gətirdiyi robotlar görənlərin marağına səbəb olur. Ələmməd Oba kənd sakini, 38 yaşlı Valeh Zahirov 2 robot düzəldib. Onlardan biri canlı heyvan kimi gəzir. "Böcək" adı verilən və uzaqdan idarə olunan cihaz irəliyə və geriyə hərəkət edə bilir. Robot 8 aya ərsəyə gəlib. Üzərinə kamera və səsyazan qurğu da yerləşdirib. Onun hazırladığı digər cihaz isə oyuncaq maşına bənzəyir. Lakin, təkərlər istənilən cür çevrilir və aşsa da hərəkətini davam etdirir.

Kameranın yerləşdiriliməsində məqsəd daha mürəkkəb relyefə malik ərazilərdə çəkiliş apara bilməkdir.

Valeh Zahirov bu robotları daha da təkmilləşdirmək istəyir. O, cihazları internet vasitəsi ilə istənilən məsafədən idarə olunacaq bir vəziyyətə gətirəcəyini deyir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh