40 ilin qırıcı təyyarələri istifadədən çıxarılmayacaq

Maraqlı 28 Fevral 2016 09:46 Oxunub 1747
40 ilin qırıcı təyyarələri istifadədən çıxarılmayacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
A-10 təyyarələrindən ilk dəfə 1991-ci ildə Körfəz müharibəsi zamanı istifadə edilmişdi

ABŞ 1970-ci illərin "Warthog" ləqəbli qırıcı təyyarələri İŞİD-lə mübarizədə effektiv olduğu üçün istifadədən çıxarmamaq qərarına gəlib. "Report"-un "Amerikanın səsi"nə istinadən verdiyi xəbərə görə, Sovet İttifaqının sillahlı qüvvələri əleyhinə istehsal edilən bu ikimühərrikli təyyarələr çox sürətli olmasa da, 30 mm-lik top ilə qurudakı mövqelərin dəqiq hədəfini təmin edir. Qırıcılar bundan əlavə güclü davamlılığa malikdir.

A-10 təyyarələrindən ilk dəfə 1991-ci ildə Körfəz müharibəsi zamanı istifadə edilmişdi. Bu qırıcılar minlərlə tank, zirehli maşın və artillery sılahlarını sıradan çıxarmışdı. Onlar Balkanlardakı münaqişə zamanı da ABŞ-ın hərbi əməliyyatlarında əsas alət olmuşdu.

Bu yaxınlarda ABŞ-ın Hava qüvvələri qırıcıların təqaüdə göndərilmə vaxtının çatdığını bildirib. Lakin Müdafiə Nazirliyi bu təyyarələrin 2022-ci ilədək istifadədə olacağını bəyan edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh