Bunları idarə edərkən dəbilqə geyinmək məcburidir - FOTOLAR

Xəbərlər 14 İyul 2014 14:39 Oxunub 3556
Bunları idarə edərkən dəbilqə geyinmək məcburidir - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az saytı ötən həftənin sualının cavabını açıqlayır. Sual yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov tərəfindən hazırlanıb. Son vaxtlar Azərbaycanda motosiklet, moped və velosiped sürənlərin artdığını nəzərə alsaq, bu sual aktuallıq daşıyır. Elədirsə, sualla tanış olaq:

Aşağıdakı nəqliyyat vasitələrindən hansını (və ya hansılarını) idarə edən şəxsin başına dəbilqə (şlem) geyinməsi məcburidir: A) Motosikleti; B) Mopedi; C) Velosipedi.

Təəssüf ki, bu suala cəmi iki oxucu cavab yazıb. Əslində isə bu, çox maraqlı və aktual sualdır. Onlardan Vüsal İmanov bildirir ki, motosiklet sürücüsü dəbilqə geyinməlidir. Adı qeyd olunmayan oxucu isə cavab verib ki, hər üç halda dəbilqədən istifadə olunmalıdır.

Sualın doğru cavabı isə belədir: «Yol hərəkəti haqqında» Qanunun 37-ci maddəsinin 6-cı bəndinə əsasən, motosikleti idarə edən şəxsin motodəbilqə geyinməsi istisnasız olaraq məcburidir. Həmin Qanunun 36-cı maddəsinin II hissəsinin 1-ci bəndində isə ümumi şəkildə velosiped və moped sürücülərinin dəbilqədən istifadə qaydalarını pozmamalı olduqları deyilir, lakin onlar üçün bu təhlükəsizlik vasitəsindən istfadə qaydaları milli qanunvericiliyimizdə yoxdur. Bu qaydaları «Yol hərəkəti haqqında» Konvensi-yanı tamamlayan Avropa Sazişinə Əlavənin 20-ci bəndi isə müəyyən edir. Həmin norma deyir ki, motosikletlərin və asma mühərrikli velosipedlərin (yəni mopedlərin) sürücüləri və sərnişinləri üçün rəsmi təsdiq olunmuş qoruyucu dəbilqələrdən istifadə məcburidir. Deməli, mühərriksiz velosipedin sürücüsünün dəbilqədən istifadəsi heç bir halda məcburi deyildir.

Beləliklə, doğru cavab belə olacaq: Nəqliyyat vasitəsinin hərəkəti zamanı motosikleti və mopedi idarə edən şəxsin dəbilqədən istifadəsi məcburidir. (Lakin velosipedçinin təhlükəsizlik mülahizələrinə əsasən öz istəyi ilə dəbilqədən istifadəsi normaldır)

Öyrənək, öyrədək!

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh