Qadın sürücü "padpres"dən çıxıb divara çırpıldı - Bakıda - FOTOLAR

Qəzalar 29 Fevral 2016 20:03 Oxunub 2882
Qadın sürücü "padpres"dən çıxıb divara çırpıldı - Bakıda - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ləman Əsgərova avtomobilin alın şüşəsindən çıxaraq yol kənarındakı divara çırpılıb

Bakıda zəncirvari yol qəzası baş verib, üç avyomonil toqquşub. Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, hadisə Səbail rayonu ərazisində, Teymur Elçin küçəsində qeydə alınıb. İlkin ehtimala görə, qəzaya Əsgərova Ləman Mahmud qızının idarə etdiyi “Pejo” markalı avtomoil səbəb olub. Qadın sürücü “Azneft dairəsi” istiqamətində yüksək sürətlə hərəkət edərkən qarşıdan gələn “Kia” markalı avtomobilə, o isə “Toyota” markalı başqa maşına çırpılıb. Zərbənin təsirindən Ləman Əsgərova avtomobilin alın şüşəsindən çıxaraq yol kənarındakı divara çırpılıb. Avtomobildəki sərnişin də xəsarət alıb. Əraziyə təcili tibbi yardım briqadası çağırılıb. Qadın sürücü və yaralı sərnişin 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh