Hava limanına yanacaq dağıldı - Təyyarələr göydə qaldı

Maraqlı 1 Mart 2016 09:44 Oxunub 1527
Hava limanına yanacaq dağıldı - Təyyarələr göydə qaldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Gatwick" hava limanında aviareyslər müvəqqəti olaraq dayandırılıb

Londonun "Gatwick" hava limanında aviareyslər müvəqqəti olaraq dayandırılıb. Aznews.az xarici mediaya istinadən xəbər verir ki, bu, uçuş-enmə zolaqlarından birində yanacağın dağılması ilə bağlıdır. Hadisənin nə səbəbdən baş verdiyi məlum deyil. Hava limanının mətbuat xidmətindən verilən məlumata görə, aviareyslər yaxın zamanda bərpa olunacaq.  Şirkətin rəsmi nümayəndəsi bildirib ki, hava limanına gələn təyyarələr bir müddət havada qalmalıdırlar. Zolaqların təhlükəsizliyi yoxlanıldıqdan sonra təyyarələr prioritetliyi ardıcıllığı ilə qəbul ediləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh