«Arxa oturacaqda kəmər taxmağa ehtiyac yoxdur» deyənlərə aid - VİDEO

Qaydalar 27 Mart 2016 01:05 Oxunub 2604
«Arxa oturacaqda kəmər taxmağa ehtiyac yoxdur» deyənlərə aid - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza anında sürətdən asılı olaraq insanın çəkisi 30 dəfəyə qədər artır

Təhlükəsizlik kəmərinin qəza anında avtomobildəkiləri necə qoruduğunu göstərən yeni kadrlar yayılıb. Avtosfer.az xəbər verir ki, test zamanı maşındakı insanlar kuklalarla əvəzlənib. Yüksək sürətlə hərəkət edib qəzaya düşən avtomobildə arxada əyləşmiş iki sərnişinə xüsusi diqqət edin. Sürücünün arxasında əyləşən təhlükəsizlik kəmərindən istifadə etmir, sağdakı sərnişin isə edir. Qəza anında sol arxa oturacaqda əyləşən "sərnişin" itələmə qüvvəsinə görə ciddi xəsarətlər alır. Bu halda bədənin müxtəlif hissələri zədələnə və ya həyatı bahasına başa gələ bilər. Sağdakı sürücü isə kiçik xəsarətlər ala bilər, amma gördüyünüz kimi, həyati təhlükəsi olmur.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə görə, avtomobildə əyləşən sürücüdən başqa sərnişinlər də kəmər bağlamalıdır. Avtomobildə hər bir sərnişin üçün də təhlükəsizlik kəməri nəzərdə tutulur. Sürücü sərnişinləri xəbərdar etməlidir, lakin qayda pozuntusuna görə cərimə sərnişinə yazılır. Qanun yalnız hamilə qadınların, 12 yaşa qədər olan uşaqların, operativ nəqliyyat vasitəsi sürücülərinin və avtomobili arxaya sürənlərin təhlükəsizlik kəmərindən istifadə etməsini məcburi saymır, digər hallarda kəmər taxılmalıdır. Bunu etmək cərimədən daha çox həyatınızı sığortalayır.

 

Fuad

ŞƏRH YAZ
Ad

E-mail

Şərh