BMW sürənlərə bəd xəbər; şirkət 1,6 milyon avtomobili geri çağırdı

Avtobazar 17 İyul 2014 01:27 Oxunub 2361
BMW sürənlərə bəd xəbər; şirkət 1,6 milyon avtomobili geri çağırdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Səbəb təhlükəsizlik yastıqlarında yaranan problemdir

Dünyanın ən məşhur avtomobil şirkəti olan BMW 1,6 milyon avtomobilini geri çağırıb. Anspress-in məlumatına görə, şirkət təhlükəsizlik yastığı problemi səbəbi ilə 2000-2006-cı illərdə istehsal etdiyi 3 seriyadan olan avtomobillərini geri çağırmaq qərarına gəlib. BMW-dən verilən açıqlamada bildirilir ki, "Takata Corp" tərəfindən istehsal edilən təhlükəsizlik yastıqlarından istifadə edən digər avtomobil istehsalçıları problem yaşadığı üçün bu addım atılıb.

Qeyd edək ki, 1,6 milyon avtomobilin 1/3-i Amerika qitəsindədir. Şirkət muştərilərindən bu barədə heç bir şikayət gəlmədiyini, lakin bu addımın gələcəkdə yarana biləcək təhlükələri sığortalamaq üçün atıldığını açıqlayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh