Avtomobil yanğınlarının sayı niyə artır? - VİDEO

Qaydalar 27 Mart 2016 23:39 Oxunub 1773
Avtomobil yanğınlarının sayı niyə artır? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əksər sürücü yanğınsöndürən balonların nə dərəcədə əhəmiyyətli olduğundan xəbərsizdirlər

Əksər sürücü yanğınsöndürən balonların nə dərəcədə əhəmiyyətli olduğundan xəbərsizdirlər. Bunu şəhərdə apardığımız qısa sorğu belə deməyə əsas verir. Məlum oldu ki, bir çox avtomobildə bu balonlar ya yoxdur, ya da sürücülər ondan istifadə qaydalarını bilmirlər. Son dövrlər istər mətbuatda, istərsə də  sosial şəbəkələrdə avtomobillərin yanması ilə bağlı tez-tez xəbərlər yayılır. Bu cür halların artmasının bir səbəbi də hadisəyə vaxtında müdaxilə edilməməsidir.  Odur ki, yanğınsöndürən balonlardan istifadə məsələsi aktuallaşır.

Ekspertlər isə bildirirlər ki, hər bir yanğınsöndürəm balonun üzərində istifadə qaydaları və müddəti haqqında məlumat var. Mütəxəssislər, həmçinin bu balonların içərisindəki maddələrin ildə bir dəfə yenilənməsini məsləhət görürlər. Qurban Məmmədovun sözlərinə görə, sürücülər əvvəlcədən bəzi nüanslara diqqət etməklə avtomobili yanğından qoruya bilərlər.

Avtosfer.az mövzu ilə bağlı videomaterialı təqdim edir:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh