“BakıKart”ı olmayanlar bu xəbəri mütləq izləsin - VİDEO

Qaydalar 30 Mart 2016 01:03 Oxunub 3189
“BakıKart”ı olmayanlar bu xəbəri mütləq izləsin - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
''Bakıkart''ı olmayan hər kəs məhdud gediş üçün nəzərdə tutulan kartından istifadə edə bilər

Bəzi vətəndaşlar əlində qəpik kimdənsə xahiş edərək metro və avtobusa minmək istəyir. Əslində isə 2 manatlıq kartınız olmasa da, bu imkandan yararlana bilərsiniz. Apardığımız qısa sorğudan da aydın oldu ki, əksər insan “BakıKart” aparatlarında sadəcə bir cür kartların olduğunu düşünürlər. Əslində isə bu belə deyil. Bu aparatlarda iki cür kart var. Bunların biri daim istifadə üçün, digəri isə məhdud istifadə üçündür.

''Bakıkart''ı olmayan hər kəs məhdud gediş üçün nəzərdə tutulan kartından istifadə edə bilər. "BakıKart Məhdud istifadə üçün" kartlarının qiyməti 20 qəpikdir. Bu növ karta yalnız satın alınarkən 1,2,3 və ya 4 gediş yükləmək mümkündür və digər vaxtlarda terminallarda bu növ kartların balansını artırmaq olmur....

Bu kartı əldə etmək üçün siz “BakıKart” aparatlarına yaxınlaşırsız. Burda sizin qarşınıza iki təklif çıxır. Siz burda məhdud istifadə üçün olan kartı seçirsiz, kartın qiyməti 20 qəpikdir. Burada davam edə basırsız. Sizdən nə qədər gedişhaqqı yükləmək istədiyiniz soruşulur. Beləliklə kartı alıb istifadə edirsiniz.

"BakıKart" layihəsinin rəhbəri Ceyhun Əliyev isə bildirdi ki, bu növ kart metrodan və ''Bakubus'' avtobuslarından çox az istifadə edən şəhərin qonaqları və sakinləri üçün nəzərdə tutulub. Məhdud istifadə kartları ilk istifadədən etibarən 45 gün müddətində etibarlıdır və bu kartlar alındıqdan sonra heç bir halda geri qaytarılmır''

ŞƏRH YAZ
Ad

E-mail

Şərh