Yol qəzalarından ən REAL VİDEO

Qaydalar 1 Aprel 2016 11:28 Oxunub 5327
Yol qəzalarından ən REAL VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Heç kim deyə bilməz ki, qəza nə zaman və hansı şəraitdə baş verəcək

Bəzi sürücülər sükan arxasında özünə çox arxayın olur. Elə bəzi sərnişinlər də. Hər iki tərəf təhlükəsizlik kəmərindən istifadə etməyərkən daxilən «heç nə olmaz» düşüncəsi ilə özlərinə haqq qazandırmaca çalışırlar. Amma Avtosfer.az-ın təqdim etdiyi bu videoya diqqətlə baxdıqda məlum olur ki, təhlükəsizlik kəməri qəza zamanı olduqca böyük əhəmiyyət daşıyır. Üstəlik, heç kim deyə bilməz ki, qəza nə zaman baş verəcək, maşını hara vuracaq və ya onu hansı tərəfdən vuracaq. Videodan da göründüyü kimi, qəza ani olaraq baş verir və əksər hallarda sürücü hətta qəzadan sonra da nə baş verdiyini anlamaqda çətinlik çəkirlər. Amma bu video real hadisələr əsasında hazırlandığı üçün bir daha əminliklə söyləmək olar ki, təhlükəsizlik kəmərindən heç kim ölmür, yaralanmır. Əksinə, kəməri taxmayanların başına pis işlər gələ bilər…

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh