Nişan problemi; Yol polisi ilə «Azəravtoyol» məsuliyyəti bir-birinin üstünə atır - VİDEO

Qaydalar 9 Aprel 2016 01:47 Oxunub 1741
Nişan problemi; Yol polisi ilə «Azəravtoyol» məsuliyyəti bir-birinin üstünə atır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xəstəxanaların yerini göstərən yol nişanları niyə yoxdur?

Səhiyyə müəssisələrinə hər kəsin yolu düşə bilər. Ancaq insan həyatı üçün böyük önəm daşıyan bu müəssisələrini tapmaq heç də asan olmur. Səbəb qanunvericilikdə nəzərdə tutulsa da, xəstəxanaların yerini göstərən yol nişanlarının olmamasıdır. Lakin unutmaq olmaz ki, insanların qısa zamanda tapmaq ehtiyacı duyduğu ən önəmli məkanlardan biri səhiyyə müəssisələridir. Çünki söhbət insan həyatından gedirsə bir neçə saniyənin itirilməsi belə hər şeyi dəyişə bilər. Ancaq təəssüf ki, bu müəssisələri tapmaq cəmi bir yol nişanının qoyulmaması səbəbindən müşkülə çevrilib.

Paytaxtdakı xəstəxanaların bir neçəsi istisna olmaqla digərlərinə yaxın yollarda həmin ərazidə xəstəxana olduğunu göstərən heç bir nişan qoyulmayıb. 

Ekspertlər bildirir ki, bu nişanların qoyulması  insanlarin həyatını xilas edər, eyni zamanda avtomobil sürücülərinin vaxtınaqənaət etməsinə səbəb olar.

Ekpert Elməddin Muradlı bildirir ki, hazırda istiqamət bildirən belə məlumatlandırıcı lövhələr ancaq otellərin adresini göstərmək üçün istifadə edilir. Mütəxəssis belə məlumatlandırıcı lövhələrin tibb müəssisələrinə aid edilməsini vacib hesab edir.

Məsələ ilə bağlı ilə Baş Dövlət Yol Polisi İdarəsinin «Siqnal» İdarəsindən isə bildirdilər ki, həmin nişanların quraşdırılması ilə onlar yox, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti məşğul olur. ASC-dən isə isə bildirdilər ki, nişanlarla bağlı bütün səlahiyyət yol polisinin «Siqnal» İdarəsinə məxsusdur. 

ər halda məsuliyyətin kimdə olmasından asılı olmayaraq bu problemdən daha çox paytaxt sakinləri əziyyət çəkir. 

Mövzu ilə bağlı videomaterialı təqdim edirik:

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh