Dayanacaq boş ola-ola avtomobili yolda saxlayırlar - VİDEO

Qaydalar 13 Aprel 2016 01:17 Oxunub 1823
Dayanacaq boş ola-ola avtomobili yolda saxlayırlar - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dayanacaq var, amma qiymət bahadır deyə hamı yolda dayanmaq istəyir

Paytaxtda fəaliyyət göstərən ticarət və əyləncə mərkəzlərində avtomobil dayanacağı olmasına baxmayaraq bura gələn bəzi sürücülər avtomobili yolun kənarında park edirlər. Bəzi hallarda isə belə yerlərdə parkomatlar da quraşdırılır. Sürücülər isə dayanacaqlarda yox parkomatların əhatə dairəsində avtomobili park etməyə üstünlükverirlər. Sürücülər buna əsas səbəb kimi isə ticarət mərkəzlərində parklanmaya görə, ödəniş haqqının daha yüksək alınması göstərirlər.

Yeraltı dayancaqda kifayyət qədər yer olmasına baxmayaraq avtomobili yolun hərkət hissəsində park ediblər. Söhbət Paytaxtda fəaliyyət göstərən əyləncə və ticarət mərkəzlərinin avtomobil dayancaqlarından gedir. Maraqlısı budur ki, əylənəcə və ticarət mərkəzlərinin yeraltı dayancaqları olmasına baxmayaraq, mərkəzin qarşısında Bakı şərhər İcra Hakimiyyətinin xüsusi təyinatlı avtonəqliyyat idarəsi tərəfindən pakomatlar da quraşdırılıb. Sürücülər isə avtomobili ticarət mərkəzlərində olan dayancaqlarda yox, məhz pakomatların olduğu yolda saxlamağa üstünlük verirlər. Bu isə xüsusən axşam saatlarında həmin yolda sıxlığa səbəb olur.

Digər bir səbəb isə ticarət mərkəzlərində avtomobillərin park edilməsinin yüksək qiymətə olmasıdır.

Əyləncə mərkəzindən birinin nümayəndəsi Murad Arıxov deyir ki, gələn müştərilərə ilk öncə avtomobilini dayancaqda park etməsi təklif edilir və avtomobilin saxlanılması üçündə dayancaqda kifayyət qədər yer olur. Təklif olunan qiymət 'sə porkamatlarda olan qiymətlərdən heç də fərqlənmir.

Ekspertlər isə dayanacağı olan ticarət mərkəzlərinin qarşısında ensiz yol olduqda orada parkomatların quraşdırılmasının yanlış addım olduğunu bildirirlər.Bununla yanaşı, belə pakomatların ətrafında park edilən avtomobilərə ziyan dəymə ethimali dayanacağa nisbətən daha   çoxdur. Ona görədə, sürüclərin ticarət və əyləncə mərkəzlərində olan dayancaqlardan istifadə edilməsi tövsiyyə olnur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh