Bu döngədə cərimə olunmayan sürücü var? - FOTOLAR

Qaydalar 15 Aprel 2016 02:28 Oxunub 8074
Bu döngədə cərimə olunmayan sürücü var? - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol nişanı yalnız sola dönməyi işarə edir, sürücülər isə sağa dönür

Heydər Əliyev prospektinin başlanğıcında geriyə dönmək üçün ayrılan yoldakı nişanların tələblərini sürücülər hər gün pozur. Əksər sürücü buradan sola yox, sağ istiqamətdə hərəkət edir. Nəticədə isə sürücülərə protokol tərtib edilir. Bəs görəsən sürücülər bu qayda pozuntusunu bilərəkdənmi edir, yoxsa bilmədən?

Sorğudan da aydın olur ki, əksər sürücü Heydər Əliyev prospektinin bu hissəsində kobud qayda pozuntusuna yol verirlər. Onlar bu yol nişanının tələbini pozurlar. Yol nişanı əmr edir ki, burdan sadəcə sola dönmək mümkündür. Amma sürücülərin əksəriyyəti buradan sağ istiqamətdə  - Babək prospekti tərəfə yox, Təhsil Nazirliyi tərəfə hərəkət edir. Yol nişanının tələbini pozanlar həm digər sürücülərə mane olur, həm də qəza şəraiti yaradır. Elə buna görə də əksər sürücülər həmin ərazidə mütəmadi olaraq polis əməkdaşları tərəfindən cərimələnir. Çünki sürücülər buradan sağa dönməklə ardıcıl bir neçə qayda pozuntusu edirlər.

Əgər yola düz xətt çəkilməsə və sürücülər qayda pozuntusuna davam edərlərsə, onlar İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 3 bal, 60 manat məbləğində cərimə ediləcəklər.

 

Xəzərxəbər

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh