Köçəryanın evinə qumbara atan şəxs taksi sürücüsü imiş

Gündəm 19 Aprel 2016 01:57 Oxunub 1112
Köçəryanın evinə qumbara atan şəxs taksi sürücüsü imiş
WhatsApp kanalımıza abunə ola bilərsiniz
32 yaşlı taksi sürücüsü Ovanes Muradyan saxlanılıb

Xəbər verdiyimiz kimi, aprelin 16-da Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın evinə naməlum şəxs qumbara ataraq qaçıb. Hadisə baş verən zaman Köçəryan Moskvada “Sistema” səhmdar-maliyyə korporasiyasının idarə heyətinin konfransında iştirak edib. Onun ailə üzvlərindən heç kim xəsarət almayıb. “Qafqazinfo”nun Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları və polislər həmin şəxsi öz evində saxlayıblar. Onun 1984-cü il təvəllüdlü olduğu bildirilir. O, öz günahını etiraf edib. Bu barədə Ermənistan polisi Aşot Aqaroynanın mətbuat xidmətindən bildirilib. R.Köçəryanın evinə qumbara atan şəxsin 32 yaşlı taksi sürücüsü Ovanes Muradyan olduğu müəyyən olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh