Avtobusla Naxçıvan-Bakı reysi ilə gedənlərin sayı məlum oldu

Gündəm 19 Aprel 2016 02:37 Oxunub 1486
Avtobusla Naxçıvan-Bakı reysi ilə gedənlərin sayı məlum oldu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu ildən etibarən Naxçıvan-Batumi-Naxçıvan marşrutu da fəaliyyətə başlayıb

Bu ilin birinci rübündə avtobusla Naxçıvan-Bakı-Naxçıvan marşrutu üzrə daşınan sərnişinlərin sayı məlum olub. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyi bu ilin ilk 3 ayı ərzində 4 avtobus vasitəsilə Bakıya 242 reys edildiyini, 7 min 120 sərnişin daşındığını, Bakıdan Naxçıvana gələn sərnişinlərin sayının isə 8 min 49 nəfər olduğunu açıqlayıb.

Həmçinin bu ildən etibarən Naxçıvan-Batumi-Naxçıvan marşrutu da fəaliyyətə başlayıb, fevralın 20-də bu istiqamətdə ilk reys baş tutub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh