AZAL daxili marşrutlar üzrə uçuşların sayını artırıb

Gündəm 19 Aprel 2016 11:10 Oxunub 1367
AZAL daxili marşrutlar üzrə uçuşların sayını artırıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakı-Gəncə-Bakı marşrutu üzrə birbaşa uçuşlar aprelin 25-dən həftədə 4 dəfəyə kimi artırılacaq

“Azərbaycan Hava Yolları” (AZAL) ölkədaxili marşrutlar üzrə yeni uçuş cədvəlini açıqlayıb. AZAL-ın mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Bakı-Gəncə-Bakı marşrutu üzrə birbaşa uçuşlar aprelin 25-dən etibarən həftədə 4 dəfəyə kimi artırılacaq. Bundan sonra bu istiqamət üzrə reyslər bazar ertəsi, çərşənbə, cümə və bazar günləri yerinə yetiriləcək.

Bundan əlavə, mayın 15-dən etibarən Gəncə-Naxçıvan-Gəncə marşrutu üzrə birbaşa uçuşlar həftədə 4 dəfəyə kimi artırılacaq. Bu marşrut üzrə uçuşlar bazar ertəsi, çərşənbə, cümə və bazar günləri icra olunacaq. 

Sözügedən marşrutlar üzrə reyslər "Embraer E-170/E-190" laynerləri ilə həyata keçirilir.

Xatırladaq ki, Bakı-Gəncə reysi üzrə aviabiletin qiyməti 30 manatdan 56 manata kimi (aviabiletin alınma vaxtından və reysdə yerlərin dolmasından asılı olaraq), Gəncədən Naxçıvana isə 60 manat məbləğində müəyyən olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh