Bu gün 28 dərəcə isti olacaq

Gündəm 20 Aprel 2016 00:32 Oxunub 1249
Bu gün  28 dərəcə isti olacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
ETSN məlumat yaydı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a verilən məlumata görə, aprelin 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 10-14, gündüz 21-26, Bakıda gecə 11-13, gündüz 23-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-50 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 20-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-14, gündüz 23-28, dağlarda gecə 4-9, gündüz 18-23 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Aprelin 20-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişli olsa da, aprelin 21-də atmosfer təzyiqinin xeyli enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi bəzi insanlarda narahatlıq yarada bilər.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh