Erməni general öldürülüb

Gündəm 19 Aprel 2016 18:12 Oxunub 1572
Erməni general öldürülüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Akopyanın daimi xidmət yeri işğal edilmiş Dağlıq Qarabağ olub

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində erməni təxribatının qarşısının alınması zamanı Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini general-leytenant Movses Akopyan öldürülüb və ya ölüm ayağındadır. Avtosfer.az xəbər verir ki, məlumatı Trend yayıb. M.Akopyanın daimi xidmət yeri işğal edilmiş Dağlıq Qarabağ olub. Onun koordinatları pilotsuz uçuş aparatı vasitəsilə müəyyənləşdirilib və nəzarətə götürülüb. Azərbaycan Ordusu M.Akopyanı, eləcə də digər yüksək rütbəli erməni zabitlərini, Cəbrayıl istiqamətində işğalçı qüvvələrin qərargahını məhv edə bilib.

Bu günlərdə Ermənistan prezidenti Serj Sarkisyanın gəldiyi Xankəndində keçirilmiş iclasda M.Akopyanın və Ermənistan ordusunun digər yüksək rütbəli zabitlərinin olmaması da bunu təsdiq edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh