Zebrada piyadanı sıxışdıranları belə cəzalandırırlar – VİDEO - FOTO

Avtoxəbər 25 İyul 2014 14:14 Oxunub 4741
Zebrada piyadanı sıxışdıranları belə cəzalandırırlar – VİDEO - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda bəzi sürücülər «stopp xətt»i keçib piyada keçidinin üstündə dayanır

Yol mədəniyyəti dedikdə təkcə sürücüləri, sürücü mədəniyyətini düşünmək olmaz. Yol hərəkətinin hər bir iştirakçısı bu mədəniyyətə sahib olmalı və mədəni davranış nümayiş etdirməlidir. Amma bəzən bilərəkdən və ya bilməyərəkdən bəzi piyadalar, sürücülər və sərnişinlər elə kobud qayda pozuntularına yol verirlər ki, sanki həyatlarından beziblər. Avtosfer.az-ın təqdim etdiyi bu videomaterial piyadalara qarşı kobudluq edən sürücülərə aiddir. Bəzən qaydalara əhəmiyyət verməyən sürücülər piyada zolağının üstünə çıxıb svetaforun yaşıl işığını gözləyir. Əslində isə 1.12 nşanlanması (stop-xətt) ilə piyada keçidi arasında adətən 2-4 metr məsafə olur. Svetoforun qırmızı işığı yanarkən sürücü avtomobili «stop-xəttin» üstündə, yaxud onu keçərək, lakin piyada keçidinə daxil olmadan saxlayırsa, bu, 1.12 nişanlanmasının tələbini pozma kimi İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsi üzrə 40 manat cərimə ilə cəzalandırılır. Yox əgər sürücü «stop-xətt»i keçərək piyada keçidinin üstündə dayanarsa, bu, qırmızı işığın tələbini pozmaqdır və İXM-in 151.2-ci maddəsi üzrə 60 manat və 3 cərimə balı ilə cəzalandırılır. Qardaş Türkiyədə isə «stop-xətt»i keçmək qırmızı işığın tələbini pozmaq kimi qəbul olunur və cəriməsi də yüksəkdir. Gəlin bu videonu da izləyək, fotolara da diqqətlə baxaq. Video xarici ölkələrin birində çəkilib. Fotoları isə paytaxtımız Bakıda özüm şəxsən çəkmişəm. Bir zamanlar maraq üçün çəkirdim. Bu gün isə sizlərlə paylaşıram ki, baxın və kənardan nə qədər eybəcər mənzərənin şahidi olduğunuzu utunmayın! Doğrudan da çox eybəcərdir. Svetaforun qırmızı işığı yanır, zebradan piyadalar, qadınlar keçir. Bəzi sürücülər isə az qalır piyadanı qovub desən ki, «zebra mənimdir, sən o yandan keç!».

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh