Yollar bağlıdır: Buradan keçməyin

Gündəm 20 Aprel 2016 11:15 Oxunub 1351
Yollar bağlıdır: Buradan keçməyin
WhatsApp kanalımıza abunə ola bilərsiniz
NİİM məlumat yaydı

Hazırda Bakıda 3 yol bağlıdır. Bakı Nəqliyyat Agentliyinin (BNA) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Avtosfer.az-a bildiriblər ki, paytaxtın Alfred Nobel prospektində "ASAN Xidmət"in qarşısında Zığ şossesi istiqamətində yeni yeraltı keçidin tikilməsi ilə əlaqədar olaraq yol bağlanıb. Alternativ olaraq sürücülərdən Yeni Bulvar ərazisi ilə Dəniz kənarı yoldan istifadə etmələri xahiş olunur.  

Bəkir Çobanzadə küçəsinin Naxçıvanski küçəsi ilə kəsişməsindən Babək prospektinə qədər olan hissəsində təmir-tikinti işləri aparıldığından həmin hissə də yol nəqliyyatının hərəkəti üçün tam bağlıdır.

Qeyd edək ki, artıq uzun müddətdir ki, Ceyhun Səlimov küçəsi də Hərbi hospitalın qarşısından 3-cü mikrorayon dairəsi istiqamətində ərazidə yeni metro stansiyasının tikintisi ilə əlaqədar bağlıdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh