Azərbaycanlı taksi sürücüsünü öldürən skinhed məhkəmə qarşısında

Gündəm 20 Aprel 2016 13:31 Oxunub 1170
Azərbaycanlı taksi sürücüsünü öldürən skinhed məhkəmə qarşısında
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Millətçi dairələrdə avtoritet sahibi olan Alfyorov cinayəti milli zəmində törədib

Rusiyada azərbaycanlı taksi sürücüsünü qətlə yetirən radikal millətçi Dmitri Alfyorovun məhkəmə prosesi başlayıb. Modern.az Rusiya KİV-ə istinadən xəbər verir ki, ötən ilin noyabrında Moskvaya qanunsuz yollarla silah ötürülməsini təşkil edən zaman yaxalanan skinhedin insan ölümündə əli olması üzə çıxıb. İstintaqın məlumatına görə 2011-ci il aprelin 25-də Moskvanın Cənubi Butovo rayonunda azərbaycanlı taksi sürücüsü Samir Qasımovun maşınına minən Alfyorov yolda onunla mübahisə edib və tapança ilə azərbaycanlını qətlə yetirib.  

Ehtimal oulnur ki, millətçi dairələrdə avtoritet sahibi olan Alfyorov cinayəti milli zəmində törədib.  

ŞƏRH YAZ
Ad

E-mail

Şərh