Sərnişini bıçaqlayan avtobus sürücüsünə 6 il həbs

Gündəm 20 Aprel 2016 14:16 Oxunub 1384
Sərnişini bıçaqlayan avtobus sürücüsünə 6 il həbs
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şahin Əliyev ifadəsində təqsirləndiriləndən şikayətçi olmadığını, ona qarşı söyüş söydüyünü deyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qanlı cinayət törətməkdə təqsirli bilinən Sumqayıt sakini Mürsəl Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Avtosfer.az teleqraf-a istinadən xəbər verir ki, hadisə ötən ilin noyabrın 9-da Sumqayıt avtovağzalının yaxınlığında baş verib. Mikroavtobus sürücüsü olan Mürsəl Quliyev sərnişini Şahin Əliyev arasında mübahisə düşüb. Onlar bir birilərinə xoşa gəlməz sözlər deyiblər. Mürsəl Quliyev bıçaqla sərnişini bıçaqlayıb.

Mürsəl Quliyev Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərbə vurma) maddəsi ilə ittiham verilib. Məhkəmə dövründə zərərçəkən Şahin Əliyev ifadəsində təqsirləndiriləndən şikayətçi olmadığını, ona qarşı söyüş söydüyünü deyib.

Qeyd edək ki, Mürsəl Quliyev 2014-cü il Sabunçu məhkəməsinin hökmü ilə 2 il 6 ay şərti cəza alıb. Hakim Ramella Allahverdiyanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Mürsəl Quliyev 6 il müddətə azadlıqdan məhrum edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh