Puşkin küçəsi ilə kəsişmə yenidən asfaltlanacaq

Gündəm 20 Aprel 2016 18:05 Oxunub 1523
Puşkin küçəsi ilə kəsişmə yenidən asfaltlanacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu, iyunda Bakıda keçiriləcək Formula 1 yarışına hazırlıq çərçivəsində icra edilir

Bakı Şəhər Halqasının (BŞH) tikintisi ilə əlaqədar görülən işlər sürətlə davam edir və trekboyu asfalt örtüyünün çəkilməsi prosesi artıq tamamlanmaq üzrədir. BŞH-dan Avtosfer.az-a verilən xəbərə görə, şirkətin yarış obyektinin tikintisi üzrə rəhbəri Tom Butçer bildirib ki, asfalt örtüyünün çəkilməsi ilə bağlı işlərin 95%-i artıq başa çatdırılıb. Yaxın günlərdə trekin "Park İnn" hotelindən başlayaraq 1-ci döngəyə (Neftçilər prospektinin Puşkin küçəsi ilə kəsişməsi) qədər olan hissəsində də üst qat asfaltın çəkilişinə başlanacaq. Digər tərəfdən, qənbər daşların olduğu Niyazi və Əziz Əliyev küçələrinə yeni asfalt qatı Beynəlxalq Avtomobil Federasiyasının (FİA) standartlarına tam müvafiq qaydada salınıb. Nəticədə yarışdan sonra bu küçələr əvvəlki görkəminə qayıdacaq. Qənbər daşlı yollara asfalt qatının salınması prosesi ilə yaxından tanış olmaq üçün bu keçiddəki “Tarixi yollarımız necə qorunur” (http://goo.gl/OlWpCI) adlı video materiala nəzər salmaq lazımdır.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh