Bakıda sərxoş kişi özünü maşınların üstünə atmaq istədi – FOTO

Gündəm 21 Aprel 2016 02:26 Oxunub 2427
Bakıda sərxoş kişi özünü maşınların üstünə atmaq istədi – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
FHN əməkdaşları Elçin Quliyevi fikrindən daşındırıblar

Bakıda sərxoş kişi intihara cəhd edib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, 1975-ci il təvəllüdlü Quliyev Elçin Arif oğlu  Babək prospekti ilə Yusif Səfərov küçəsini birləşdirən tunelin üstünə çıxaraq, özünü atacağı ilə hədələyib. Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və polis əməkdaşları cəlb edilib. İntihara cəhd edən şəxslə psixoloji söhbət aparılıb. Nəticədə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları E.Quliyevi fikrindən daşındırıblar. İntihara cəhd edən şəxs Xətai  Rayon Polis İdarəsinin 37-ci polis bölməsinə aparılıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh