Sərhəddə körpünün tikintisi üçün kredit cəlb ediləcək - Сavid Qurbanov

Gündəm 21 Aprel 2016 11:06 Oxunub 1186
Sərhəddə körpünün tikintisi üçün kredit cəlb ediləcək - Сavid Qurbanov
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Azərbaycan bu tikintidə payını özü müstəqil şəkildə maliyyələşdirəcək

İran Azərbaycanla sərhəddə Astaraçay üzərində dəmiryolu körpüsünün tikintisində öz payının maliyyələşdirilməsi üçün kredit cəlb edəcək. Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib. C.Qurbanov İranın cəlb edəcəyi kreditin həcmi, mənbəyi və müddəti barədə məlumat verməyib. QSC sədrinin sözlərinə görə, Azərbaycan bu tikintidə payını özü müstəqil şəkildə maliyyələşdirəcək.

Qeyd edək ki, aprelin 20-də Azərbaycan-İran sərhədində, Azərbaycanın Astara şəhərində Astaraçay üzərində dəmir yolu körpüsünün təməlqoyma mərasimi keçirilib. Təməlqoyma mərasimində Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi, eləcə də iki ölkənin dəmir yolu qurumlarının rəhbərləri Cavid Qurbanov və Möhsün Purseyid iştirak ediblər. Dəmir-beton körpünün uzunluğu 82,5 metr, eni 10,6 metr təşkil edəcək, onun 4 dayağı, 3 aşırımı olacaq, aşırımın uzunluğu 27,5 təşkil edəcək. Körpünün tikintisinin ilin sonunadək başa çatdırılması planlaşdırılır. Astaraçay üzərində dəmir yolu körpüsü Azərbaycan və İran dəmir yollarını birləşdirəcək və "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olan Astara (Azərbaycan) - Astara (İran) sahəsinin əsas hissəsi olacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh