Bakıda bu küçələrin kəsişməsi sürücülər üçün təhlükədir - VİDEO

Qaydalar 22 Aprel 2016 01:56 Oxunub 1731
Bakıda bu küçələrin kəsişməsi sürücülər üçün təhlükədir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xan Şuşinski küçəsinə “yol ver” nişanı quraşdırılmayıb

Paytaxtın Nəsimi rayonu ərazisində, Hənifə Ələsgərov və Xan Şuşinski küçəsinin kəsişməsi sürücülər üçün təhlükəyə çevrilib. Çünkü kəsişmədə Xan Şuşinski küçəsinə “yol ver” nişanı quraşdırılmayıb. Bu isə həmin ərazidə əksər hallarda qəzaların baş verməsinə səbəb olur. Ekspertlər isə məsələdən çıxış yolu kimi bir neçə təklif irəli sürürlər. Avtomobillərin intensiv hərəkət etdiyi yol kəsişməsində nə stop işarəsi var, nə də işıqfor. Üstəlik avtomobillərin yüksək surətlə hərəkət etməsi vəziyyəti daha da çətinləşdirir. Bu isə həmin ərazidə yol qəzalarını qaçılmaz edir. Xan Şuşinski küçəsində “yol ver” nişanı yoxdur. Buna görə də həmin küçə ilə hərəkət edən sürücülər bəzi hallarda Hənifə Ələsgərov küçəsi ilə yüksək sürətlə hərəkət edən avtomobillərin qarşısına çıxır.

Ekspert deyir ki, həmin ərazidə qəzaların qarşısını almaq üçün mütləq Xan Şuşinski küçəsinə "yol ver" nişanı quraşdırılmalıdır.

Digər bir təklif Hənifə Ələsgərov küçəsinə surət məhdudlaşdırıcı yol nişanının qoyulmasıdır. Çünkü bu küçədən keçən avtomobillər olduqca yüksək sürətlə hərəkət edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh