Daha bir orta məktəbdə uşaqlara yol hərəkəti dərsi keçdilər - FOTOLAR
Öyrənək 23 Aprel 2016 14:52 980 dəfə oxunub
Daha bir orta məktəbdə uşaqlara yol hərəkəti dərsi keçdilər - FOTOLAR
“Yol hərəkəti qaydaları və mən”

46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi tərəfindən 126 nömrəli məktəbdə “Yol hərəkəti qaydaları və mən” devizi altında tədbir keçirilib. 200 uşağı əhatə edən tədbirdə DİN Baş DYP İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı İsa Deystani, Bakı şəhər DYP İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov, polis leytenantı Vüsal Nağıyev və 126 saylı məktəbin direktoru Şəmsi Qoca və müəllimlər iştirak edib. Tədbirdə uşaqların mövzuya uyğun çəkdikləri rəsmlər, divar qəzetləri, əl işləri sərgilənib. Daha yaxşı işlər polis əməkdaşları və müəllimlər tərəfindən seçilərək qiymətləndirilib. Komandalara bölünmüş uşaqlar yol hərəkəti qaydaları ilə bağlı səhnəciklər göstərib, mövzuya uyğun suallara cavab veriblər.

Yuxarı sinif şagirdləri üçün DYP əməkdaşları İsa Deystani və Vaqif Əsədov təbliğat xarakterli söhbət aparıb. DYP əməkdaşları da uşaqların suallarına cavab verib, onları yol hərəkəti qaydalarına düzgün əməl etməyə çağırıb. Fərqlənən uşaqlara yol hərəkəti qaydalarına aid əyani vəsaitlər paylanılıb. Tədbirin bütün iştirakçılarına “Azərsun Holdinq”-in müxtəlif hədiyyələri verilib.

 

Fidan

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh