Məhşur şirkət daha 820 min maşını geri çağrıldı; deffekt var

Avtobazar 24 İyul 2014 12:07 Oxunub 1983
Məhşur şirkət daha 820 min maşını geri çağrıldı; deffekt var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
General Motorsun avtomobillərinin sükan idarəetmə sistemində və qabaq oturacaqlarında problem yaranıb

İlin əvvəlindən 30 milyon maşını geriya çağıran “General Motors” korporasiyası 823-min minik avtomobilllərini, pikap və yolsuzluq avtomobillərini geri çağırıb. Anspress-in məlumatına görə, təkcə 475 min avtomobili şirkət qabaq oturacaqların bağlanmasında olan deffektə görə, digərlərini isə sükan idarəetməsində, dönmə işıqlarında, eləcədə digər hissələrdə olan problemlərlə əlaqədar geri çağrılıb. Növbəti servis çağırışından irəli gələrək şirkətin satışlarında zəiflik yaşanıb. Geri çağrılan maşınlar əsasən Amerika bazarında satılıb. 

Qeyd edək ki, ilin əvvəlində şirkət ətrafında böyük qalmaqal yaşanıb. Korporasiya 2,6 milyon maşını işə salma sistemində problem olduğundan geri çağırmalı olub. Lakin qalmaqalın məğzi bunda idi ki, şirkət işçiləri problemin olduğunu hələ 2001- ci ildən bilirdilər. Bu deffekt nəticəsində 13 nəfər həyatını itirib.

Xatırladaq ki, bu ilin əvvəlində 30 milyon avtomobili geri çağıraraq şirkət 2004-cü ildə 11,8 milyon maşın çağırdığı öz rekordunu yeniləyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh