Yolların mühafizə zonasında qanunsuz tikilər var - VİDEO

Qaydalar 28 Aprel 2016 01:55 Oxunub 2093
Yolların mühafizə zonasında qanunsuz tikilər var - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Həm yerli, həm də respublika əhəmiyyətli yolların mühafizə zolağında qanunsuz tikintilər aparılıb

Yolların mühafizə zolağında villalar və obyektlər tikilib. Bu yolla yaşayış binasını isə bir neçə metr məsafə ayırır. Həm yerli, həm də respublika əhəmiyyətli yolların mühafizə zolağında qanunsuz tikintilər aparılıb. Söhbət Bakı-Sumqayıt magistiralı və Masazır qəsəbəsinə gedən yoldan gedir. Nazirlər Kabinetinin qərarına əsasən respublika əhəmiyyətli yolların mühafizə zolağından 60 metr aralıda müxtəlif tikinti işləri aparıla bilər. Bakı-Sumqayıt yolunda olan bu obyektlə yol arasında məsafə sayıram addımlıya-addımlıya 14 metrdir. Eyni vəziyyət Masazır qəsəbəsinə gedən yolda da var. Əsas məqam bu qəsəbədə bir neçə şəhərciyin salınması və sakinlərin da əsas yol kimi buradan istifadə etməsidir. Yol ensiz odluğundan axşam saatlarında sıxlıq yaranır.

Abşeron rayonu Masazır qəsəbəsinə aparan bu yolun hər iki tərəfində yəni yola yaxın hissədə müxtəlif obyektlər və hündür mərtəbəli yaşayış binaları tikilib. Əslində isə bu yol yerli əhəmiyyətli yol olduğu üçün bu obyektlərdə yoldan 25 metr kənarda tikilməliydi.

Problem ondadır ki, gələcəkdə bu yolların genişləndirilməsi işləri aparıldıqda mühafizə zolağında olan obyektlər sökülə bilər ki, nəticədə də dövlət əlavə xərcə düşəcək. Buna görə də Əmlak Məsələləri Dövlət Komitəsi monitorinqlərə başlayıb. Monitorinqlər zamanı 480-dən çox qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilib.

Qurumun mətbuat katibi Qulu Xəlilov deyir ki, komitə tərəfindən mühafizə zolağında qanunsuz tikililərin qarşısını almaq üçün Daşınmaz Əmlakın Elektron Kadastr və Torpaqların Elektron Uçot sistemi hazırlanır. Qanunun tələblərini pozan fiziki şəxslər 1500 manatadək, hüquqi şəxslər 6-8 min manatadək, qanunsuz tikintiyə icazə verən vəzifəli şəxslər isə azadlıqdan məhrum edilməklə müvafiq miqdarda cərimə oluna bilərlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh