Bakıda daha bir rüsvayçı yol nişanı - FOTO

Xəbərlər 30 İyul 2014 12:17 Oxunub 6043
Bakıda daha bir rüsvayçı yol nişanı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DYP sağa dön, Nəqliyyat Nazirliyi və BŞİH isə sola dön deyir

Polad adlı sürücü Bakıda daha bir ziddiyətli yol nişanı ilə bağlı Avtosfer.az saytına foto göndərib. Foto Nərimanov rayonu, Təbriz küçəsində çəkilib. Daha dəqiq desək, bura Əhməd Rəcəbli küçəsindən sağa- 28 may küçəsinə dönən ərazidir. Bu küçədə gördüyünüz yol nişanları arasında ziddiyət var. Sağdakı yol nişanı düzünə və sağa məcburi hərəkəti göstərir, asfalt üzərindəki nişanlanma xətti isə düzünə və sola hərəkət istiqamətini göstərir.

Polad bildirir ki, bu nişanlar arasındakı ziddiyət sürücüləri çaşdırır və əksər sürücülər sola da dönürlər. Bu zaman isə yol polisi onları saxlayıb cərimə yazır.

Lakin Avtosfer.az saytı bir daha bildirir ki, nişanlar arasındakı ziddiyətə görə sürücü məsuliyyət daşımamalıdır. Məsuliyyət daşıyan bir qurum varsa, o da Bakı şəhər Dövlət Yol Polisi İdarəsidir. DYP bu məsələyə müdaxilə etməli və ziddiyət dərhal aradan qaldırılmalıdır. Burada çatışmayan məqam həm də ondan ibarətdir ki, yolların nişanlanması və yol nişanlarının qurulması bir təşkilatın əlində cəmləşməlidir. Bu gün isə həm yol polisi nişan quraşdırır, həm Bakı şəhər İcra Hakimiyyəti, həm də Nəqliyyat Nazirliyi. Sonda da bu fotoda gördüyünüz biabırçı mənzərə ortaya çıxır və bunun da acısını hüquqlarını bilməyən sürücülər dadır.

Fotodan bir daha aydın olur ki, sağdakı yol nişanını DYP qoyub, asfalt üzərindəki nişanlanma xəttini isə ya Nəqliyyat Nazirliyi, ya da Bakı şəhər İcra Hakimiyyəti çəkib. Biri-birindən xəbərsiz, kim nə istəsə edir.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

tahir 10 Noyabr 2014 22:55
E.recebli ile hec c.hacibeyli kesishirki yazanda maraqli nese yazinda.zehmet olmasa bu nedi guya.
Ehmed 10 Noyabr 2014 22:55
Kecen defe men bu yoldan kecmiwem... Amma Wekilin cekmemishem
Pənah 10 Noyabr 2014 22:55
Yol hərəkəti qaydalarında yazılıb: quraşdırılmış yol nişanı ilə asfalt üzərində çəkilmiş yol cizgisi arasında ziddiyyət varsa yol nişanının göstərişi əsas götürülməlidir. əgər bunu sürücü bilmirsə onun özü günühkardır. zəhmət çəksin o da, bu məqaləni yazan jurnalist də yol hərəkəti qaydalarını oxusunlar.