Keçmiş nazirin yaxtası satıldı - 37 milyon avroya

Avtobazar 28 Aprel 2016 23:15 Oxunub 1808
Keçmiş nazirin yaxtası satıldı - 37 milyon avroya
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaxtada 12 qonaq üçün nəzərdə tutulmuş 6 kabin, hovuz, sauna, idman zalı, iki cakkuzi yaradılıb

Keçmiş mətbuat naziri, “Qazprom-Media” holdinqinin rəhbəri olmuş Mixail Lesinə məxsus “Serenity” super yaxtası “IYC” broker şirkətinə satılıb. “Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, alıcının və satış qiymətinin məbləği açıqlanmasa da, təklif olunan qiymət broker saytında 37 milyon avro göstərilir. 55 metrlik yaxta 2011-ci ildə (bəzi mənbələrdə 2012-ci ildə) Hollandiyanın “Heesen” tərsanəsində inşa edilib.  Yaxtada 12 qonaq üçün nəzərdə tutulmuş 6 kabin, hovuz, sauna, idman zalı, iki cakkuzi yaradılıb.

Qeyd edək ki, Mixail Lesin 2015-ci il noyabrın 5-də Vaşinqtonda “Dupont” otelində otaqlardan birində ölü halda tapılıb. O, 58 yaşında dünyasını dəyişib. Ölümünə səbəb kimi infarkt göstərilir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh