İlham Əliyev bu yolların tikintisinə 5,2 milyon pul ayırdı

Yeniliklər 28 Aprel 2016 23:20 Oxunub 1697
İlham Əliyev bu yolların tikintisinə 5,2 milyon pul ayırdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Prezident sərəncam imzalayıb

Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsinin daxili avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında ölkə başçısı İlham Əliyev sərəncam imzalayıb. Avtosfer.az xəbər verir ki, sərəncamda qeyd olunur:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsinin daxili avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 5,2 milyon (beş milyon iki yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh