Dayanacaqlar keçidlərdən niyə uzaq düşüb? - VİDEO

Yazarlar 29 Aprel 2016 00:35 Oxunub 1298
Dayanacaqlar keçidlərdən niyə uzaq düşüb? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtobus dayanacağı ilə yer altı piyada keçidi arasında bir neçə yüz metr məsafə var

Avtobus dayanacağı ilə yer altıpiyada keçidi arasında bir neçə yüz metr məsafə var. Belə vəziyyətdə dayancaqda avtobsudan düşən sərnişin məcbur olub keçiddən yox yoldan istifadə edir. Görüntülər paytaxtın Xətai rayonu Nobel prospekti və Yusif Səfərov küçəsindəndir. Bu yollarda avtobus dayanacağı ilə piyada keçidləri arasında xeyli məsafə var. yolunu uzatmaq istəməyn sərnişinlər elə dayancağdan yolu kerçməyə üstünlük verirlər. bu isə onların həyatı üçün təhlükə törədir.

Eyni vəziyyət Nobel prospektində də yaşanır. Burada da yerüstü piyada keçidindən bir neçə yüz metr aralıda dayancaq qoyulub.

Məsələ ilə bağlı əlaqədar qurumların mövqeyini də öyrənərkən məlum odu ki, problemin kökündə dayanacaq və keçidlərin ayrı ayrı qurumlar tər4əfində qoyulması və onların kordinasiyasız işləməsi durur. Azəravtoyol açıq səhmdar cəmiyyətindən “Xəzərə Xəbər”ə bildirildi ki, Piyada keçidləri tikilərkən keçidin təhsil, səhiyyə müəssisələrinin, idman, istirahət və turizm obyektlərinin və insanların kütləvi toplaşdığı ərazilərdə olması nəzərə alınır. Dayancaqların quraşdırılması isə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilir. Bakı Şəhər İcra Hakimiyyətindən isə mövqeyini öyrənmək mümkün olmadı.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh