Mağazanı atı ilə soydu - VİDEO

Maraqlı 2 May 2016 14:10 Oxunub 1417
Mağazanı atı ilə soydu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə Braziliyada qeydə alınıb

Atı ilə gəldi, mağazanı soydu. Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, vestern filmlərini xatırdladan hadisə Braziliyada qeydə alınıb. Yanacaqdoldurma məntəqələrindən birində fəaliyyət göstərən mağazaya gələn şəxs heç nə olmamış kimi atdan düşərək dükana daxil olub.

Sevimli heyvanı isə dil bilir kimi sahibinin ardınca mağazaya girib. Çapar isə bir qədər gəzişdikdən sonra tapançanı çıxarıb və satıcıdan pulları tələb edib. Satıcı isə qorxudan pulları soyğunçuya verib. Elə maraqlı hadisə də bu zaman yaşanılb.

Qarətçi qaçaraq mağazadan çıxdığı vaxt, at da qaçaraq oradan uzaqlaşıb. Mütəxəssislər ağıllı heyvanın soyğunda iştirakını uzun zamanlı məşqlərin nəticəsi kimi qiymətləndiriblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh