Bu kəsişmədə qorxunc qəzalar baş verir - FOTO

Avtoxəbər 25 İyul 2014 00:04 Oxunub 2255
Bu kəsişmədə qorxunc qəzalar baş verir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«Ölüm kəsişməsi» adlanan ərazidəki sonuncu qəzada 4 maşın toqquşub, 1 qız həlak olub

Kolumbiya Pike ərazisinin Fairfield küçəsində «ölüm kəsişməsi» adı verilən yolda ötən gün qorxunc qəza baş verib. Avtosfer.az-ın xarici mətbuata istinadən xəbərinə görə, «ölüm qovşağı» adlanan bu küçədə ötən 10 il ərzində çox qorxunc qəzalar yaşanıb. Həmin yolda sürücülər üçün qoyulan sürət məhdudiyyəti 50 olsa da sürücülər çox sürətli və aqressiv sürürlər. Ötən gün 4 maşının toqquşması ilə yaşanan qorxunc qəzada 22 yaşlı Marcelina Cordoba həyatını itirib.  37 yaşlı Filis Fordun idarə etdiyi «Jeep» markalı maşın 22 yaşlı Marcelinanın idarə etdiyi «Audi» markalı maşını vuraraq «Lincoln Navigator» markalı maşına çırpıb. Zərbə nəticəsində çevrilən «Audi» «Saturn Scionala ilə toqquşub. Qəza zamanı xəsarət alan gənc qız ağır vəziyyətdə maşının altından çıxarılaraq xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Qəza ilə bağlı araşdırma aparılır. 

 

Nurlan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh