Orta məktəbdə “Yol hərəkəti qaydaları və mən” - FOTOLAR

Qaydalar 2 May 2016 15:29 Oxunub 4342
Orta məktəbdə “Yol hərəkəti qaydaları və mən” - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şagirdlər açıq məşğələlərdə yol hərəkəti qaydalarını öyrəniblər

Bakıdakı 31 saylı orta məktəbdə “Yol hərəkəti qaydaları və mən” devizi altında keçirilən açıq məşğələlərin davamı olub. Avtosfer.az-ın məlumatına görə, I sinif şagirdləri yol hərəkəti qaydaları haqqında biliklərini kompozisiya şəklində təqdim ediblər. IV sinif şagirdləri isə mövzu ilə bağlı biliklərini “Svetofor”, “Sürücü”, “Polismen”, “Yol nişanları”, “Sərnişin”, “Velosipedçilər”, “Piyadalar” adlı səhnəciklərlə nümayiş etdiriblər.

İbtidai sinif şagirdlərinin iştirak etdiyi məşğələ interaktiv üsullarla və müasir texnologiyalarla təşkil olunub. Uşaqlar mövzular üzrə 5 komandaya bölünüb. Hər bir komanda mövzuya uyğun təqdimat hazırlayıb.

Məşğələdə DİN Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı İsa Deystani, Bakı şəhər DYPİ-nin əməkdaşı, leytenant Vüsal Nağıyev, Bakı şəhər Baş Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla iş bölməsinin əməkdaşı, polis mayoru K.Ələkbərova, 31 saylı məktəbin direktoru K.Abidi və müəllimlər iştirak edib.

DYP əməkdaşları uşaqların suallarına cavab verib, onları yol hərəkəti qaydalarına düzgün əməl etməyə çağırıb. Fərqlənən uşaqlara yol hərəkəti qaydalarına aid əyani vəsaitlər paylanılıb. Tədbirin bütün iştirakçılarına “Azərsun Holdinq”in müxtəlif hədiyyələri verilib.

 

Emin

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh