Vaqonun üstündə qaçan oğlan həyatını itirdi -VİDEO

Maraqlı 5 May 2016 11:24 Oxunub 1707
Vaqonun üstündə qaçan oğlan həyatını itirdi -VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Stansiyada olan mühafizəçilər ona xəbərdarlıq etsələr də, məhəl qoymayıb

Çinin cənubundakı Quanzao şəhərində yerləşən bir stansiyada sürət qatarının üstünə çıxan bir adam qatarın üstündə qaçmağa başlayıb. Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, o, qatarın üzərindəki elektrik naqillərinə dəyərək, həyatını itirib. Bu anları stansiyada olan sərnişinlər mobil telefonları ilə lentə alıblar. Çin mətbuatında olan xəbərə görə, Mayın ayının 2-si Quanzao şəhərində yerləşən bir stansiyaya dəlisov adam daxil olub və sürət qatarının üstünə çıxaraq qaçmağa başlayıb. Qatarın üzərindəki yüksək voltlu elektrik naqillərinə çırpılaraq, həyatını itirib. Hadisə şahidlərinin sözlərinə görə, stansiyada olan mühafizəçilər mərhuma xəbərdarlıq etsələr də, mərhum xəbərdarlığa məhəl qoymayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh