Sumqayıtda əla yeniliklər - FOTO

Yeniliklər 6 May 2016 13:32 Oxunub 1813
Sumqayıtda əla yeniliklər - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sahil hissədə estakadalar qurulacaq və şəhərin akvatoriyasında gəzinti gəmilərinin hərəkəti təmin olunacaq

Sumqayıt şəhərində təhlükəsiz şəkildə velosiped idmanı ilə məşğul olmaq istəyənlər  yaxın zamanlarda bu istəklərini reallaşdıra biləcəklər.

Avtosfer.az xəbər verir ki, bu barədə Sumqayıt Şəhər İcra Hakimiyyətindən milli.az-a bildiriblər ki, Sumqayıt şəhərində ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometr olan ərazidə bulvarın inşasına başlanılıb.

Hazırda bulvarda istinad divarı çəkilib və bulvarın 500 metrlik hissəsində işlər tamamlanmaq üzrədir.

Bulvarda şəhər sakinlərinin piyada gəzintisi, kiçikölçülü gəzinti avtobusları və avtomobil yolu ilə yanaşı, velosiped idmanı ilə məşğul olmaq istəyənlər  üçün də eni üç metr olan xüsusi hərəkət zolağı salınır.

Sumqayıt Şəhər Dənizkənarı Bulvar layihəsində velosiped idmanı ilə məşğul olan şəxslərin də istəkləri nəzərə alınıb. Bu məqsədlə bulvarda velosipedçilər üçün ayrıca yol salınacaq.

Bununla yanaşı, bulvarda istirahət obyektləri, attraksionlar, ticarət və əyləncə mərkəzləri, kinoklub, idman infrastrukturu inşa ediləcək, çimərlik zonasında da əsaslı işlər görülərək sakinlərin istifadəsinə veriləcək. Sahil hissədə estakadalar qurulacaq və şəhərin akvatoriyasında gəzinti gəmilərinin hərəkəti təmin olunacaq.

http://img.milli.az/2016/05/06/431902_5.jpg

http://img.milli.az/2016/05/06/431902_4.jpg

http://img.milli.az/2016/05/06/431902_1.jpg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh