Bakının küçə və prospektləri belə yuyulur - FOTOLAR

Avtobazar 26 İyul 2014 08:58 Oxunub 2091
Bakının küçə və prospektləri belə yuyulur - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əvvəlcə xüsusi maddə ilə yuyucu tozu qarışdırılaraq çirklənən hissələrə səpilir

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC xidmət etdiyi avtomobil yolları, prospekt və küçələrdə mütəmadi olaraq təmizlik işlərini yerinə yetirir. ASC-nin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, cəmiyyətin balansında olan hər bir istismar idarəsi xidmət etdiyi əraziyə baxış keçirərək çirkli olan hissələrdə bu işlərə başlayır. 10 ton sugötürmə qabiliyyətinə malik olan xüsusi maşınların köməyi ilə yolötürücüləri, yol işarələri, lövhələr, bardürlər, işıq dirəkləri, əyrixətli tirlər və digər yol elementləri yuyularaq təmizlənir. Əvvəlcə xüsusi maddə ilə yuyucu tozu qarışdırılaraq çirklənən hissələrə səpilir, bundan sonra təzyiqlə verilən su ilə yuyulur. Bundan əlavə, tozsoran və süpürən maşınlar vasitəsilə zir-zibil, toz-torpaq yolun hərəkət hissəsindən kənarlaşdırılır. İşlər, əsasən, gecə və səhər saatlarında, nəqliyyatın hərəkətinin daha az olduğu vaxtlarda yerinə yetirilir.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Ziya 10 Noyabr 2014 22:55
Məncə, bu ifadəni cəm şəkilində demək düz deyil, cunki yuyulan yalniz 1 prospektdir