71 min dollara “yadplanetli” avtomobil - VİDEO

Avtodünya 27 May 2016 19:45 Oxunub 3625
71 min dollara “yadplanetli” avtomobil - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu avtomobil dünyada mövcud olan heç bir avtomobil modelinə bənzəmir

İlk baxışdan ölümcül təsiri bağışlayan, türklərin “uzaylı”, bizim isə “ yadplanletli” adlandıracağımız avtomobil icad edilib. Avtosfer.az-ın məlumatına görə, Kit -Kar avtomobil yaradıcısı Maykl Vetter heç vaxt rastlamadığınız bu avtomobilin də yaradıcısıdır.   

Həqiqətən də möhtəşəm olan bu avtomobil dünyada mövcud olan heç bir avtomobil modelinə bənzəmir. "Porsche Boxster" və "Toyota MR2" kimi sürətli yol dinamikası təklif edir. 

Qapıları qanadlar kimi göyə açılan, arxa və ön kameralara məxsus bu avtomobil ilk dəfə eBayda 89 min dollara satışa qoyulub. Ancaq alıcısı cəmi 71 min dollar verərək onu satın ala bilib.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh