Yanacaq tapançası çənin dolduğunu necə anlayır? – FOTO + VİDEO

Maraqlı 11 May 2016 17:24 Oxunub 22715
Yanacaq tapançası çənin dolduğunu necə anlayır? – FOTO + VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əslində burda hər şey elektronun köməyi olmadan işləyir

Yanacaq dolduran tapançanın içində gələn çaqqılğtı səsi yəqin ki, hər bir sürücüyə tanışdır. Görünüşcə çox sadə olan qurğu çənin dolmasını sirli bir şəkildə  «hiss eləyir» və yanacaq verməni dayandırır.

Qeyd edək ki, tapançanın «burnunda» heç bir  mürəkkəb ötürücü görünmür, hətta olsa belə yanacaqla dolu çənin içində naqilsiz rabitə yaratması mümkün deyil. Bəs bizi yanacaq doldurarma prosesini diqqətlə izləməkdən və pis nəticələrlə üzləşməkdən qoruyan siqnal hardan gəlir? Avtosfer.az xəbər verir ki, bu barədə "faktxeber.com" hər birinizi maraqlandıran bu sualınıza cavab tapmağa çalışacağıq. Əslində burda hər şey elektronun köməyi olmadan işləyir. Elə bu səbəbdən mexanizm etibarlıdır. Məsələ burasındadır ki, rıçaqa basmaqla açılan  əsas klapandan əlavə tapançanın  daxilində  membranlı  əlavə klapan da var. Tapançanın  burnundan  bu klapana  çox nazik vakuumlu və ya siqnal kanalı gedir. Memran rıçaqa basılan anda «işə düşür» və vakuum kanalından  hava axını gələn müddətdə işlək vəziyyətdə qalır. Kanal tapançanın daxilində əsas klapanın sahəsinə bitir və dəliyin yanından  böyük sürətlə hərəkət edən benzin axını kanalda seyrəklik yaradır. Bu seyrəklik tapançanın burundakı dəliyi yanacaq çənindən  havanı  sormağa məcbur edir.

 
Ancaq  tapançanın burnu  mayeyə batan kimi, hava  axını dayanır. 
 
 
Seyrəklik daha da artır, onun təsiri altında  memrana  əks  vəziyyətə düşür və əsas klapanın yayını blokdan açır. Bu zaman o möhkəm bağlanaraq, hamımıza tanış çaqqıltı səsisi çıxardır.
 

Yeri gəlmişkən, klapana gələn kanalda  içərisində şar olan bölmə var. Əgər hansısa səbəbdən  yanacaq dolduran tapança  çəndən düşərsə, şar vakuum kanalını bağlayır, beləliklə də yuxarıdakı proses təkrarlanır.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh