Tank səsi çıxaran bu maşın 8 dəqiqəyə 100 litr benzin içir - VİDEO

Avtoxəbər 28 May 2016 12:46 Oxunub 54621
Tank səsi çıxaran bu maşın 8 dəqiqəyə 100 litr benzin içir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Bugatti Chiron"dan satışa 500 ədəd çıxacaq, 170-i artıq alınıb

Fransanın "Bugatti" lüks avtomobil istehsalçısı 2016-cı ilin sonunda "Chiron" modelini satışa çıxaracaq. Avtosfer.az xəbər verir ki, Cenevrə avtoşousunda təqdim edilən super-karın motoru 16 silindirlidir (müqayisə üçün deyək ki, yük avtomobilləri 8 silindirli olur). Avtomobilin maksimal sürəti 463 km/saat olsa da, elektronik sistemində problem yaranmaması üçün 420 km/saat həddi qoyulub. 100 km/saatı 2.4 saniyəyə, 300 km/saatı 13.6 saniyəyə yığır. Yanacaq çəni 100 litr benzin tutur. Maksimal sürətlə hərəkət etsə, 8 dəqiqəyə çəni tamamilə boşalda bilər.

Qiyməti 2.660.000 dollar olan avtomobildən cəmi 500 ədəd satışa çıxarılacaq. Artıq 170-inin "behi verilib".

 

Fuad

ŞƏRH YAZ
Ad

E-mail

Şərh