ŞOK! Bakıda «London taksi»lərinə 1 milyonluq cərimə yazıldı

Yeniliklər 28 İyul 2014 19:03 Oxunub 4589
ŞOK! Bakıda «London taksi»lərinə 1 milyonluq cərimə yazıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«London taksi»lərinin cərimə meydançasına salınmasının sirri açıldı; ortada 3 milyon manatın söhbəti var

Bakıda “London taksi”lərinin Dövlət Gömrük Komitəsinin dayanacağına aparılması ilə bağlı maraqlı məlumatlar yayılıb. Avtosfer.az saytının əldə etdiyi məlumata görə, taksilərin cərimə meydançalarına aparılmasının əsl səbəbi 3 milyon manatla bağlıdır. Belə ki, artıq 200-ə yaxın taksi cərimə meydançalarına aparılıb. Taksilərin əksəriyyəti elə yoldan birbaşa dayanacağa gətirilib. Səbəb isə həmin taksilərdən 514 ədədinin “rastamojka” olunmamasıdır. Yəni, bir ildən çoxdur “Baku Taxi” MMC həmin maşınların gömrük rüsumunu ödəməyib. Taksi sürücüləri bildiriblər ki, Bakıda olan maşınların dövlət qeydiyyat nişanı 506-dək olan taksilərin gömrük qeydiyyat rüsumu ödənilib, ondan yuxarı isə “rastamojka”dan keçməyib. Gömrük rüsumu üçün "Baku Taxi” MMC 3 milyondan artıq pul ödəməlidir. Həmin məbləğin 2 milyonu 500 «London taksi»sinin gömrük rüsumudur. Yəni, Gömrük Komitəsi hər taksiyə 4 min manat rüsum tələb edir. Hazırda 10 AT 507-dən 999-a qədər, habelə 10 TA seriyası ilə başlayan 10 ədəd yeni taksi gömrük rüsumunu ödəməyib. Bir sözlə, ümumilikdə, 500 ədəd taksinin rüsumunun ödənilməməsi sonda gömrükçülərin belə bir addım atmasına gətirib çıxarıb. 2 milyon manat borcu vaxtında ödəməyən «Baku Taxi» MMC indi 1 milyon manat da əlavə pul ödəməlidir. Məlumata görə, 3 milyon manatın 2 milyonu gömrük rüsumu, 1 milyonu isə rüsumu vaxtında ödəməməyə görə cərimədir.

Avtosfer.az saytına daxil olan digər məlumatlara görə, «Baku Taxi» MMC nəqliyyat naziri Ziya Məmmədovla «Bağlan Group»un prezidenti, iş adamı Hafiz Məmmədovun şərikli obyektidir. Son vaxtlar onların arasında yaranmış müəyyən narazılıqdan sonra «London taksi»lərində də ciddi problemlər ortaya çıxıb. Belə ki, adıçəkilən hər iki şəxs əvvəlcə gömrük rüsumunun ödənilməsindən imtina ediblər. Sonra isə ödənişi biri-birinin üstünə atıblar. Lakin tərəflərdən heç bir pulu vaxtında ödəməyib.

Sürücülər deyiblər ki, maşınlara gömrük rüsumu ödənilmədən dövlət qeydiyyat nişanı verilmişdi. Yəni, qaraj maşını olduğundan dövlət yol polisi belə bir güzəşt edibmiş (?!), lakin sonradan bu rüsum ödənilmədiyindən belə hal baş verib. “Baku Taxi” MMC-nin nümayəndəsi Məcnun Səfərov isə milli.az-ın məsələ ilə bağlı sualına cavab verməkdən özünü belə yayındırıb: "Məzuniyyətdəyəm, məlumatım yoxdur. 1000 ədəd taksimiz var. Belə bir şey ola bilməz. Məndə belə məlumat yoxdur".

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh