Erməni biznesmen meyit daşımaq üçün maşınlar göndərdi – VİDEO

Maraqlı 13 May 2016 11:36 Oxunub 1807
Erməni biznesmen meyit daşımaq üçün maşınlar göndərdi – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qarabağa

Erməni əsilli rus iş adamı Karen Xaçatryan Ermənistan ordusuna yardım edib. Avtosfer.az baku.ws-ə istinadən bildirir ki, biznesmen orduya çox sayda hərbi təcili tibbi yardım maşını göndərib. İş adamı ermənilərin cəbhədə itkilərinin çox olacağını güman etdiyi üçün məhz bu maşınları cəbhə bölgəsinə göndərib. 

Bildiyiniz kimi, aprel döyüşlərində postlarını qoyub qaçan ermənilər heç yaralı və ölmüş əsgərlərinə belə yaxın durmamışdılar. Onları təmas xəttində qoyaraq qaçan erməni əsgərlər sonradan xalq tərəfindən sosial şəbəkələrdə sərt tənqid edilmişdilər. Bu hadisənin təkrarlanmaması üçün hətta Ermənistan Müdafiə Nazirliyi təmas xəttində yaralı və həlak olmuş əsgərləri operativ şəkildə döyüş bölgəsindən çıxarmaq üçün təlimlərə start vermişdi.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh